Salyan və Neftçalada 3 kəndə qaz verilib FOTO


Digərləri 21 May 2021 17:54:00 159 0

Salyan və Neftçalada 3 kəndə qaz verilib  FOTO

"Azəriqaz" İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2021-ci ildə də genişmiqyaslı işləri davam etdirir.

Qurumdan Son.az-a verilən məlumata görə, Salyan rayonunun Cəngan və Beştalı kəndlərinin qazlaşdırılması işləri tamamlanıb. Cəngan kəndində 80 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 6 263 metr uzunluğunda polad və uzunluğu 253 metr olan polietilen borular vasitəsi ilə qaz xətləri çəkilib. Beştalı kəndində yerləşən 178 fərdi yaşayış evinin qazlaşdırılması üçün isə müxtəlif diametrli 14 080 metr uzunluğunda polad, 1 885 metr polietilen borulardan istifadə edilib.

Neftçala rayonunun 95 fərdi yaşayış evi olan Pirəbbə kəndinin də qazlaşdırılması işləri yekunlaşıb. Kəndin mavi yanacaqla təmin edilməsi üçün 9 669 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə edilib.

Qeyd edək ki, hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.