Deputat şadlıq sarayları ilə bağlı hazırlanan qaydaları açıqladı VİDEO


Digərləri 21 May 2021 16:39:00 161 0

Deputat şadlıq sarayları ilə bağlı hazırlanan qaydaları açıqladı  VİDEO

Toylarla bağlı qaydaları ÜST-ün tövsiyələrinə, digər ölkələrin təcrübəsinə və bu gün fəaliyyət göstərən restoranlardakı qaydalara istinad edərək hazırlayacaqlar.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

"Hazırkı mərhələdə bunu təsnifatı ilə dəqiq izah edə bilmərik. Çünki qaydalar hələ hazırlanır. Əvvəlki təcrübəni nəzərə alsaq, restoranlar üçün hazırlanmış standart qaydalara cavabverən şadlıq sarayları fəaliyyət göstərə bilərlər. Qaydalarda məsafə, yerlərin sayı məsələsi hazırlanır. Gözlənti odur ki, bu gün fəaliyyət göstərən restoranlarda olan qaydalar şadlıq saraylarında da tətbiq olunmalıdır. Lakin toyların keçirilməsinə əlavə qaydalar da daxil edilə bilərlər. Rəqs, musiqi məsələsi ilə bağlı qaydalar şadlıq evlərində əməl olunmalıdır. Toyda iştirak edənlərin sayında da məhdudiyyət olmalı və sosial məsafə gözlənilməlidir, - o bildirib.