AYİB 4 ayda Azərbaycana 1 milyard avrodan artıq kredit ayırıb


Digərləri 21 May 2021 11:54:00 159 0

AYİB 4 ayda Azərbaycana 1 milyard avrodan artıq kredit ayırıb

2021-ci ilin yanvar-aprel aylarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,153 milyard avro təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.

Kredit portfelinin 78 faizi və ya 899 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 234 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 20 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.

Ötən il AYİB Azərbaycanda 6 layihənin reallaşdırılması üçün 17 milyon avro kredit ayırıb, son dörd ildə bu göstərici 34 layihə üzrə 857 milyon avro təşkil edib.

Ümumilikdə, 1992-ci ildən bu günədək AYİB Azərbaycanda 175 layihə üzrə 3,2 milyard avroya yaxın investisiya qoyub.