Daha bir ölkədə “lokdaun” elan edildi


Dünya 21 May 2021 11:34:00 151 0

Daha bir ölkədə “lokdaun” elan edildi

Argentina səlahiyyətliləri koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən may ayının sonuna qədər ölkə daxilində "lokdaun" tətbiq ediblər.

Son.az sherq.az-a istinadən xəbər verir ki, bu barədə "Ambito" nəşri xəbər yayıb.

Sərt karantin çərçivəsində ölkə ərazisində 22-31 may tarixlərində bütün əyani təhsil, ictimai, dini və idman tədbirləri ləğv ediləcək, əksər ticarət qurumlarının işi məhdudlaşdırılacaq.

Müvafiq qərarın COVID-19-a yoluxma nisbətini azaldacağı gözlənilir.

Qeyd edək ki, Argentinada koronavirusa 3 447 044 yoluxma, 72 699 ölüm qeydə alınıb.