Bakıda iki avtomobilin toqquşduğu qəzadan görüntülər


Digərləri 21 May 2021 10:44:00 159 0

Bakıda iki avtomobilin toqquşduğu qəzadan görüntülər

Bakınının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.

Belə ki, Elnur Bədəlov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Elvin Yaqubovun idarətməsində olan "Saipa" markalı avtomobillə ona çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.