Azərbaycan və İran arasında yeni saziş imzalandı


Digərləri 20 May 2021 16:24:00 129 0

Azərbaycan və İran arasında yeni saziş imzalandı

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Təbriz şəhərində Azərbaycan və İran arasında magistral yollar və yükdaşıma üzrə məsələlər, problemlərin araşdırılması məqsədilə saziş imzalanıb.

Mİlli.Az İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən məlumat verir ki, bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq nəqliyyat və tranzit idarəsinin baş direktoru Cavad Hidayəti deyib. Onun sözlərinə görə, iki tərəf birgə beynəlxalq dəhlizlər vasitəsi ilə yükdaşımaların artırılması və ikitərəfli ticarət münasibətlərinin yüksəldiməsi üzrə razılıq əldə ediblər.

Hidayəti əlavə edib ki, Təbrizdə baş tutan iclasda beynəlxalq yükdaşıma şirkətlərinin qarşısında duran məsələlər araşdırılıb. Yükdaşıma xərclərinin azaldılması və iki ölkənin sərhəd terminallarının qaydaları haqda müzakirə aparılıb.

Qeyd edək ki, İranın Təbriz şəhərində Azərbaycan və İranın yol və nəqliyyat rəsmilərinin iştirakı ilə 2 günlük iclas keçirilib. İclasa İran tərəfindən Cavad Hidayəti, Azərbaycan tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Hüseynov başçılıq ediblər.