Şəhid Yalçının şəhadət yaşı


Digərləri 20 May 2021 16:28:00 129 0

Şəhid Yalçının şəhadət yaşı

Yalçın Cavadov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub

Son.az Real TV-ə istinadən bildirir ki,bu gün Şəhid Yalçın Cavadovun doğum günüdür.

Yaşasaydı ömrünün 36-cı ilini qeyd edəcəkdi. Cəsur görkəmi, döyüşlərdəki igidliyi, şücaəti ilə düşmənin qorxusuna çevrilmişdi.

O Şamaxı şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətdən qayıtdıqdan sonra ,müxtəlif sahələrdə çalışsada torpağa bağlılığı onu hərbiçi olmağa sövq edir. Müddətdən artıq hərbi qulluqçu kimi o yenidən ordu sıralarına qayıdır. Əks hücum əməliyyatı başlayanda o da hünər meydanına atılaraq Vətən müharibəsindəki qələbəmizdə böyük hünər göstərir və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şanlı ordumuz bir yumruğ altında bir olub zəfər qazandı. Xalqımızın bu ayrılmaz birliyi isə ailədən yaranıb candan gəlir. Şəhid Yalçının bu günündə ailəsini ziyarət edənlərin arasında şəhid Xudayarın anası Radə Qurbanova da vardı.