ABŞın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİDçilərə qarşı əməliyyat keçirilib


Dünya 20 May 2021 16:10:00 120 0

ABŞın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİDçilərə qarşı əməliyyat keçirilib

İstanbulda İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, əməliyyatı İstanbul Baş Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları keçirib, əməliyyata xüsusi təyinatlı polis dəstələri dəstək verib.

Bildirilib ki, ABŞ-ın İstanbuldakı konsulluğuna 400-500 metrlik məsafədə yerləşən binada keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb.

Qeyd olunub ki, polis tərəfindən İstanbulun 10 rayonundakı 20 ünvanda keçirilən əməliyyatda ümumilikdə 18 nəfər tutulub.