İntellektual məhsul ixracı


Digərləri 20 May 2021 15:58:00 207 0

İntellektual məhsul ixracı

Ölkə gənclərinin ixtirası olan məhsullar inkişaf etmiş ölkələrdə yayılır

Son.az Real TV-ə istinadən bildirir ki, nə qədər inanılmaz görünsə də, artıq Azərbaycanın gəncləri öz intelektual məhsulları ilə dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına çıxırlar.

Məsələn, Azərbaycan gənclərinin layihəsi olan smart tətbiq dünyanın 6-7 ölkəsində istifadə edilərək "İnstaqram"da reklam verənlərə nə uyğun blogeri seçmək imkanı yaradır. Yaxud bel sütunun tənzimlənməsi üzrə gənc Azərbaycan alimlərinin layihəsi olan cihaz iki ilə yaxındır ki, ABŞ-ın Kaliforniya ştatında istfadə edilir. Azərbaycan proqramçılarının islam maliyyəsi ilə bağlı yaratdığı daha bir mobil tətbiq isə Səudiyyə Ərəbistanında tətbiq edilir.

Azərbaycanın yaranaraq dünyaya yayılan bu cür nümunələr çoxdur və bu layihələrin əksəriyyəti startap kimi ilkin mərhələdə dövlətin dəstəyini qazanırlar. Startap dedikdə bütün dünyada əsasən yeni başlayan və başqalarından fərqlənən, həm də sürətli inkişaf potensialı olan maraqlı kiçik biznes layihələri başa düşülür. Azərbaycan bəlkə də dünyada az saylı ölkələrdəndir ki, startapların inkişafına dövlət səviyyəsində dəstək verilir, başqa ölkələrlə adətən bu, sərt bazar rəqabətinin ümidinə buraxılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Zaur Qardaşov REAL TV-yə bildirib ki, Azərbaycan öz startaplarının bütün dünyada uğur qazanmasında maraqlıdır.

"Startaplar üçün ilk qrant müsabiqəmiz başa çatdı, 15 startap qalib oldu. Daha sonra biz startap şəahdətnamələrinin verliməsinə başladıq. NK qərarı ilə startapların meyarları müəyyən edilib. Bu meyarlara öz fəaliyyətində innovativliyi əhatə edin, yeni texnologiüalar tətbiq edən, sürətlə böyüyən, ixrac yönümlü, idxalı əvəzləyən bu kimi meyarları özündə birləşdirən və biznezə yeni başlayan subyektə startap deyilir".

Qurum təmsilçisinin sözlərindən aydın olur ki, hökumət səviyyəsində bir sıra ölkələrlə Azərbayan startapçılarına şərait yaradılması ilə bağlı müqavilələr bağlanıb. Bu baxımdan ABŞ-ın "500 Startaps" fondu ilə bağlanan xüsusi önəmlidir:

"O proqrama Azərbaycandan kifayət qədər startapçılarımız müraciət edib. Eyni adlı təşkilatın təşübbüsü ilə Kalifoniyada ofis təsiss edilib və bu ofisin missiyası məhz bu cür Azərbaycan startaplarına dəstək olmalıdır".