Pakistan və Azərbaycan arasında birbaşa aviareyslər açılacaq?


Siyasət 20 May 2021 14:21:00 125 0

Pakistan və Azərbaycan arasında birbaşa aviareyslər açılacaq?

Pakistan və Azərbaycan iki ölkə arasında birbaşa aviareyslərin açılmasını müzakirə edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib kik, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovla görüşüb.

Görüş zamanı ikitərəfli birbaşa aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub.