Baydendən Putinə “hədiyyə”


Dünya 20 May 2021 14:14:00 129 0

Baydendən Putinə “hədiyyə”

ABŞ Prezidenti Co Bayden "Şimal axını 2" operatoruna qarşı tətbiq olunan sanksiyaları ləğv edərək, Rusiyaya "hədiyyə" verdiyinə görə qınanılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu ittihamlar Respublikaçı konqresmen Cim Riş tərəfindən səsləndirilib.

Riş bu kimi addımların ABŞ-ın Mərkəzi, Şərqi və Şimali Avropadakı müttəfiqlərinin maraqlarından daha çox Almaniya və Rusiyanın maraqlarına xidmət etdiyini deyib.

Konqresmenin fikrincə, "Şimal axını 2" kompaniyası və onun rəhbərinə qarşı tətbiq olunan sanksiyaların ləğvi, Bayden və Rusiya lideri Vladimir Putinin təklif olunan görüşündən əvvəl ABŞ-ın mövqeyini zəiflədəcək.