Vətən yolunda canını fəda edən qəhrəman


Digərləri 20 May 2021 14:09:00 150 0

Vətən yolunda canını fəda edən qəhrəman

Vətən müharibəsində şücaət  göstərən şəhidlərimizi tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız Yevlaxdan olan İbrahim Hüseynlidir. O, vətən müharibəsinin ilk günlərində sanitar kimi çalışaraq onlarla yaralı hərbçimizi sağaldıb. Daha sonra o, da silaha sarılaraq döyüşlərdə fəal iştirak edib. Ötən il oktyabrın 19-da qəhrəmancasına şəhid olub.  Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, vətən sevgisi, torpaq həsrəti hələ uşaq yaşlarından onda hərbi sahəyə böyük həvəs yaratmışdı. 44 günlük vətən müharisində şəhadətə ucalmış İbrahim Hüseynli 1992-ci ildə Yevlaxın Qoyunbinəsi kəndində dünyaya göz açıb.

2014-cü ildən ordu sıralarında xidmətə başlayan İbrahim 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsinə qoşulan İbrahim Hüseynli ilk günlər sanitar kimi çalışaraq xeyli yaralanı xilas edib. Bir müddət sonra isə özü də döyüşlərə qatılıb. O, ötən il oktyabrın 19-da qəhrəmancasına şəhid olub.

İbrahim Hüseynli 2019-cu ildə onunla eyni gündə doğulan Sürfanə Hüseynli ilə ailə qurub. Yevlax sakini sanki şəhid olacağını əvvəlcədən hiss edibmiş. Həyat yoldaşına vəsiyyət edib ki, dünyaya gələcək övladına Alituran adı verilsin. Hazırda 5 aylıq olan şəhidimizin yadigarı, atasının üzünü görməsə də, böydükcə onunla qürur duyacaq.

28 yaşında şəhadətə ucalan İbrahim Hüseynli  "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.