Abuzər Ələkbərov vəfat etdi


Digərləri 20 May 2021 13:37:00 163 0

Abuzər Ələkbərov vəfat etdi

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanda arxeoloji abidələrin toplusu" sektorunun rəhbəri Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tarix üzrə fəlsəfə doktoru olan A. Ələkbərov bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb.

O, 20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri olub.