“Ögey ana”da Qəmər xala İsmayılın nənəsi: Həqiqət Rzayeva kim idi?


Kriminal 20 May 2021 11:44:00 67 0

“Ögey ana”da Qəmər xala  İsmayılın nənəsi: Həqiqət Rzayeva kim idi?

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.

Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri, Xalq artisti  Həqiqət Rzayevadır. Tamaşaçılar onu məşhur "Ögey ana" filminəki Qəmər xala obrazından tanıyırlar.

Bu gün - 20 may onun doğum tarixidir...

Son.az modern.az-a istinadən mərhum sənətkarın həyat hekayəsini oxuculara təqdim edir...

Arayış: Həqiqət Rzayeva 20 may 1907-ci ildə Lənkəranın Darquba kəndində anadan olub. 1917-ci ildən o, Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə opera və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış olur.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Onun xüsusilə "Ögey ana" filmində balaca İsmayılın nənəsi - Qəmər xala obrazını vurğulamaq lazımdır. Həqiqət xanım bu rolu o qədər təbii oynayıb ki, yəqin ki, Qəmər xalanı ondan başqa heç kəs belə canlandıra bilməzdi.

Uşaqlığı məhrumiyyətlər içərisində keçən aktrisa...

Onun əsil adı Süsən, soyadı Əliyeva idi, Həqiqət adını isə sonradan götürmüşdü. Xalq artisti heç zaman uşaqlığından danışmazdı. Məğrur görünüşlü bu xanım  yəqin, kövrələcəyindən qorxurdu... Ömrünün başlanğıcında həyat üzünə gülməmişdi. Həqiqət Rzayevanın uşaqlığı məhrumiyyətlər içərisində keçib. O, körpə ikən atası Əli kişi vəfat edib. Gur, məlahətli səsi, gözəl avazı ilə bütün Lənkəranda həvəskar xanəndə kimi tanınan Əli Əliyevdən bu dünyada 3 övlad yadigarı qaldı. Onun sağlığında kasıb yaşayan ailəsinin vəziyyəti ailə başçısının vəfatından sonra daha da ağırlaşdı. Üç uşaq - iki oğlan və bir qız anaları Zinyət xanımın ümidinə qaldı. Ana dərzilik etməklə balalarını güclə dolandırırdı. Bir müddət sonra Zinyət xanım Kərim adlı bir kişi ilə ailə qurdu. Bu evlilikdən Əntiqə adlı qızları olub. Ailələri bir az da böyüdü.

Dolanışıqları gündən-günə çətinləşirdi. Ailə  baş götürüb Bakıya gəldi, burada yaşadılar. 1918-ci ildə yenidən Lənkərana qayıtdılar. O zaman Həqiqət Rzayevanın 11  yaşı var idi. Məktəbə getmirdi. Lənkərana döndükləri bir il olardı, xəbər yayıldı ki, lənkəranlı Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım evində məktəb açır. Lənkəranı ev-ev dolaşan Məryəm xanım qızlarını məktəbə oxumağa göndərmək üçün anaları dilə tuturdu. Zinyət qonşu qadınlarla məslətləşdi, razılığa gəldilər ki, qızlarını Məryəm Bayraməlibəyovanın məktəbinə göndərsinlər.

1920-ci ildə Azərbaycanda qurulan Sovet hakimiyyəti Məryəm Bayraməlibəyovanın məktəbi üçün yeni bina verdi. Həmin məktəbi 1923-cü ildə başa vuran Həqiqət Rzayeva Lənkəran Maarif Şöbəsinin göndərişi ilə Bakıya, darülmüəllimatda oxumağa gəldi. Darülmüəllimatı 1926-cı ildə bitirib, müəllimlik diplomu aldı. Lakin gözəl səsi onun həyatını fərqli istiqamətə yönləndirdi. Onun ürəyəyatımlı ifasından təsirlənən lənkəranlı tamaşaçılar: "Atası Əliyə çəkib, onun da belə gözəl səsi var idi", - deyirdilər.

O, darülmüəllimatı bitirən il Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurası və Mədən İşçiləri Həmkarlar İttifaqi tərəfindən "Damğa" Teatrı təşkil olundu. Əli Bayramov adına qadınlar klubunun səhnəsindəki uğurlu çıxışından xəbər tutan "Damğa"nın rəhbərləri bir-iki qızla bərabər onu da bu teatra dəvət etdilər.

Səhnəyə çıxdığından ailəsi hələ xəbərsiz idi. Elə bilirdilər gecə kursunda dərs deyir. Həqiqət anasından, atalığından, özündən yaşca böyük qardaşlarından çəkinir, hər gün evdən çadrayla çıxırdı. Teatra çatanda isə çadranı başından açaraq içəri girir, məşqlərdə, tamaşalarda iştirak edirdi.

Bər-bəzəksiz, uzun paltarlı qadın....

Həqiqət Rzayeva 1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurdu. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə oğlanları Azər, ondan on il sonra isə qızları Sədaqət dünyaya gəldi.

Sədaqət Rzayeva anası haqqında xatirələrində qeyd edib ki, Həqiqət Rzayeva çox qayğıkeş, mehriban ana, gözəl həyat yoldaşı, evdarlıq qabiliyyətinə malik və ən əsası böyük insani keyfiyyətləri olan xanım idi:

"Elə bir iş yox idi ki, mənim anam onun öhdəsindən gələ bilməsin. Yadımdadır ki, bizə qohumlarımız gələrdilər. Kimin nə problemi, nə dərdi olsaydı, mütləq anamdan məsləhət alardılar. Həqiqət xanım da canla-başla onlara kömək edərdi. Bundan  əlavə o, həyatda çox sadə biri idi. Aktrisa olmağına baxmayaraq bəzək-düzək sevməzdi. Səhnəyə sadə, qara məxmər, uzun paltarda çıxardı. Bəzək əşyalarından ancaq qolunda saat olardı. Mən həmişə ondan soruşardım ki, nə üçün başqa aktrisalar kimi bəzək-düzək əşyaları, qızıl-brilliant taxmır. O hər zaman "Mənim briliantlarım mənim balalarımdı" deyərdi".

Ölkədə karantin yumşaldılır  Operativ Qərargahda müzakirələr aparılır like
  • 20 May 11:40  
Digərləri Ölkədə karantin yumşaldılır Operativ Qərargahda müzakirələr aparılır

"Ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tə

arrow Ətraflı
Ağsuda keçmiş məhkum “Kalaşnikov”la saxlanılıb like
  • 20 May 11:39  
Digərləri Ağsuda keçmiş məhkum “Kalaşnikov”la saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanıla

arrow Ətraflı
İran Ermənistana hərbi yardım təklif etdi? like
  • 20 May 11:37  
Siyasət İran Ermənistana hərbi yardım təklif etdi?

Azərbaycanla İran qonşu ölkələr olmaqla yanaşı, tərəfdaş və mehriban

arrow Ətraflı
Bu il 600ə yaxın şəxs daimi yaşamaq üçün xaricdən Azərbaycana gəlib like
  • 20 May 11:34  
Digərləri Bu il 600ə yaxın şəxs daimi yaşamaq üçün xaricdən Azərbaycana gəlib

Bu il 587 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

arrow Ətraflı
Azərbaycanda 5 qadını fahişəliyə cəlb edən şəxsin işi like
  • 20 May 11:29  
Digərləri Azərbaycanda 5 qadını fahişəliyə cəlb edən şəxsin işi

Azərbaycanda insan alverində ittiham olunan Nurəsdə Əlimuradovanın cinayə

arrow Ətraflı
Toylar bərpa olunacaq, qaydalar hazırlanır  RƏSMİ like
  • 20 May 11:27  
Digərləri Toylar bərpa olunacaq, qaydalar hazırlanır RƏSMİ

Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edi

arrow Ətraflı
Bu gün ikinci yarımfinaldır like
  • 20 May 11:24  
Digərləri Bu gün ikinci yarımfinaldır

Bu gün "Eurovision 2021" mahnı müsabiqəsinin ikinci yarımfinalı

arrow Ətraflı
Məşhur aktrisa fermer oldu like
  • 20 May 11:19  
Şou-biznes Məşhur aktrisa fermer oldu

Məşhur aktrisa Mehtap Bayri Muğlada çəkilən və baş rolunu aldığı &quo

arrow Ətraflı
Əlil şəxslərə mühərrikli təkərli oturacaqlar verilib like
  • 20 May 11:14  
Digərləri Əlil şəxslərə mühərrikli təkərli oturacaqlar verilib

Əlilliyi olan şəxslərə 71 mühərrikli təkərli oturacaq verilib

arrow Ətraflı
Qvatemalada həbsxanada qiyam: like
  • 20 May 11:09  
Dünya Qvatemalada həbsxanada qiyam:

Qvatemalada həbsxanada bunt zamanı azı yeddi məhkumun başı kəsilib.

arrow Ətraflı
Xızıda heroin alverçisindən silah aşkarlanıb like
  • 20 May 11:04  
Digərləri Xızıda heroin alverçisindən silah aşkarlanıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində

arrow Ətraflı
Aparıcı bu dəfə qızı üçün obyektiv qarşısına keçdi like
  • 20 May 10:59  
Şou-biznes Aparıcı bu dəfə qızı üçün obyektiv qarşısına keçdi

Aparıcı Aytəkin Mərdanova övladları ilə obyektiv qarşısına keçib.

arrow Ətraflı
Böyük Britaniya öz vətəndaşlarını Ermənistana səfər etməməyə çağırıb like
  • 20 May 10:54  
Siyasət Böyük Britaniya öz vətəndaşlarını Ermənistana səfər etməməyə çağırıb

Böyük Britaniya öz vətəndaşlarını Ermənistana səfər etməməyə çağ

arrow Ətraflı
Arvadına 10 bıçaq vuran ər like
  • 20 May 10:49  
Digərləri Arvadına 10 bıçaq vuran ər

Gəncədə arvadını bıçaqlayan Bəxtiyar Məcidlinin cinayət işi üzrə ib

arrow Ətraflı
Açıq havada maskadan istifadə ləğv olunur  TƏBİB rəsmisi like
  • 20 May 10:45  
Digərləri Açıq havada maskadan istifadə ləğv olunur TƏBİB rəsmisi

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

arrow Ətraflı