Al Paçino Nüsrətin qonağı olub


Digərləri 20 May 2021 08:48:00 343 0

Al Paçino Nüsrətin qonağı olub

"Xaç atası" və "Çapıqlı üz" kimi onlarca filmlərin qəhrəmanı, tanınmış Hollivud ulduzu Al Paçino məşhur aşpaz Nusret Gökçənin qonağı olub.

6 ölkədə 24 restoranı və 2 min əməkdaşı olan aşpaz bu barədə "Instagram" səhifəsində məlumat verib.

O, daha bir xəyalının gerçək olduğunu yazaraq, aktyorla fotolarını paylaşıb.  

Özünəməxsus duzlama üsuluna görə "Salt Bae" ləqəbini alan Nüsrətin paylaşımı qısa müddət ərzində milyona yaxın bəyənmə toplayıb.