Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə verdilər


Dünya 19 May 2021 19:12:00 113 0

Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə verdilər

Hindistanda toy günü maraqlı hadisə baş verib.

Son.az metbuat.az-a istinadla xəbər verir ki, bəy toy günü yoxa çıxıb. Ailələr uzun müddət bəyi axtarsa da, nəticə əldə edilməyib. Bəyin tapılmadığını görən qız tərəfi, onun bilərəkdən qaçdığını irəli sürüblər. Hamı toyun təxirə salınacağını güman etsə də, gözlənilməz hadisə baş verib.

Toy iştirakçıları gəlinə toydakı "uyğun" qonaqlardan biri ilə evlənməyi təklif ediblər. Qızın ailəsi də bu təklifə müsbət yanaşıb. Nəticədə gəlin qonaqların arasından birini seçərək onunla ailə qurub. Yoxa çıxan bəyin axtarışları isə davam edir.