Məşhur aparıcının qızı özünü doğrayıb FOTO


Digərləri 19 May 2021 19:42:00 157 0

Məşhur aparıcının qızı özünü doğrayıb  FOTO

Rusiyalı məşhur teleaparıcı Dana Borisovanın 13 yaşlı qızı özünü doğrayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı özünün "Instagram" hesabının "Hekayə" bölməsində xəbər verib.

O, təcili yardım maşınından video dərc edib və şərh kimi "Yenə də" yazıb.

Sonra o qızının qanlı geyimini  göstərib və baş verənləri açıqlayıb.

"Polya növbəti dəfə özünü doğrayıb. Bu dəfə hər şey məktəbin ayaqyolunda, birinci dərsdən sonra baş verib. Onun bütün geyimi qan içində idi", - deyə o, bildirib.

Aparıcının sözlərinə görə, bundan sonra qızı uşaqlar və yeniyetmələr üçün "psixi sağlamlıq" xəstəxanasına yerləşdirilib.

Qadının sözlərinə görə, o, bu dəfə qəti əmin olub ki, işin öhdəsindən özbaşına gələ bilməyəcək.

Son.az