Azərbaycanın novator şairi FOTO


Kriminal 19 May 2021 20:09:00 78 0

Azərbaycanın novator şairi  FOTO

Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq Şairi Rəsul Rzanın anadan olmasının 111-ci ildönümü tamam olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.

İkinci Dünya müharibəsi illərində AzTAq-ın (indiki AZƏRTAC-ın) hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı "Vətən", "İntiqam! İntiqam..." şeirlər kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət" hekayə və oçerk toplular, "Vəfa" pyesi və s. dillər əzbəri idi.

Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm" şeirlər kitablarında, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür", "Xalq həkimi" poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.

Görkəmli poeziya ustasının "Rənglər" silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.

Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun "Rus elində kimin günü xoş keçir", H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.

Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq Şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.

Cismani yoxluğundan 40 illik zaman məsafəsi ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.

Qanadlı misraları bu günümüzə körpü salan Rəsul Rza poeziyası ədəbiyyat tariximizdə əbədi yeri olan qollu-budaqlı çinar kimidir. Yaşıl çətiri ilə poeziyasevərlərin ürəyinə sərinlik, könlünə xoş duyğular gətirən bu çinar ağacının müasir nəsr tariximizdə öz yeri olan yazıçı Anar kimi qol-budağı, gənc və istedadlı qələm sahibi Günel Anarqızı kimi pöhrəsi var...

"Aşkı Memnu"nun aktrisası arıqlayıb belə oldu  FOTO like
  • 19 May 20:04  
Şou-biznes "Aşkı Memnu"nun aktrisası arıqlayıb belə oldu FOTO

Məşhur serial "Aşk-ı Memnu"da "Cemile" obrazını canlan

arrow Ətraflı
Aralarında 53 yaş fərq var  Yasda tanış olublar  FOTO like
  • 19 May 19:54  
Digərləri Aralarında 53 yaş fərq var Yasda tanış olublar FOTO

2015-ci ildə tanış olan cütlüyün aralarında 53 yaş fərq var.

arrow Ətraflı
Evini, avtomobilini, qızılını satan azərbaycanlı məşhurlar  FOTO like
  • 19 May 19:48  
Şou-biznes Evini, avtomobilini, qızılını satan azərbaycanlı məşhurlar FOTO

Uzun müddətdir davam edən koronavirus pandemiyası bir çox sahələrin fəal

arrow Ətraflı
Düşənbədə KTMTnin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib like
  • 19 May 19:47  
Dünya Düşənbədə KTMTnin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Mü

arrow Ətraflı
Məşhur aparıcının qızı özünü doğrayıb  FOTO like
  • 19 May 19:42  
Digərləri Məşhur aparıcının qızı özünü doğrayıb FOTO

Rusiyalı məşhur teleaparıcı Dana Borisovanın 13 yaşlı qızı özünü do

arrow Ətraflı
Sərnişinlərin qolunu dişlədi, hərəkətdə olan təyyarədən tullandı like
  • 19 May 19:36  
Digərləri Sərnişinlərin qolunu dişlədi, hərəkətdə olan təyyarədən tullandı

ABŞ-ın Şimali Karolina əyalətindəki "Charlotte Douglas" Beynəlx

arrow Ətraflı
İtaliyada Azərbaycanın dostları ilə görüş olub  FOTO like
  • 19 May 19:35  
Siyasət İtaliyada Azərbaycanın dostları ilə görüş olub FOTO

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə he

arrow Ətraflı
Fərqli içliklə SOBA PERAŞKİSİ resepti like
  • 19 May 19:30  
Digərləri Fərqli içliklə SOBA PERAŞKİSİ resepti

Son.az "Agababa Agababa" youtube kanalına istinadən oxucularına nö

arrow Ətraflı
Evin çardağından çıxanlar dəhşətə gətirdi: Düz 30 ədəd...  FOTO like
  • 19 May 19:24  
Digərləri Evin çardağından çıxanlar dəhşətə gətirdi: Düz 30 ədəd... FOTO

Avstraliyada bir ailə yeni köçdükləri evdə "çağırılmayan qonaqlar

arrow Ətraflı
Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib  VİDEO  FOTO like
  • 19 May 19:23  
Digərləri Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib VİDEO FOTO

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyat

arrow Ətraflı
Bayden elektriklə çalışan yeni Ford avtomobilini sürdü  VİDEO like
  • 19 May 19:18  
Digərləri Bayden elektriklə çalışan yeni Ford avtomobilini sürdü VİDEO

ABŞ Prezidenti Co Bayden Miçiqana səfəri zamanı elektrikli avtomobillər is

arrow Ətraflı
Naxçıvan Qarnizonu Qoşunlarında komandaqərargah təlimi davam edir  FOTO like
  • 19 May 19:17  
Digərləri Naxçıvan Qarnizonu Qoşunlarında komandaqərargah təlimi davam edir FOTO

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir.

arrow Ətraflı
Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə verdilər like
  • 19 May 19:12  
Dünya Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə verdilər

Hindistanda toy günü maraqlı hadisə baş verib.

arrow Ətraflı
Sahibə Qafarova Roberto Fiko ilə görüşüb  FOTO like
  • 19 May 19:11  
Siyasət Sahibə Qafarova Roberto Fiko ilə görüşüb FOTO

Mayın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri

arrow Ətraflı