Bayden elektriklə çalışan yeni Ford avtomobilini sürdü VİDEO


Digərləri 19 May 2021 19:18:00 173 0

Bayden elektriklə çalışan yeni Ford avtomobilini sürdü  VİDEO

ABŞ Prezidenti Co Bayden Miçiqana səfəri zamanı elektrikli avtomobillər istehsal edən Ford zavodunu ziyarət edib.

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Amerikanın Səsi" nəşri yayıb. Mənbə yazır ki, Ağ Evin başçısı tamamilə yeni elektrikli avtomobil sınamağa qərar verib və bir avtomobilin sükanı arxasında keçib. Ford şirkəti rəsmi olaraq bu gün "F-150 Lightning" modelini təqdim edəcək. Bayden gəzintidən və avtomobilin performansından məmnun qalıb.

O, elektriklə çalışan avtomobilin sürətli olduğunu və özü üçün alacağını da əlavə edib.