Atasını öldürən kişini və atasını maşınla vurdu


Digərləri 18 May 2021 22:51:00 132 0

Atasını öldürən kişini və atasını maşınla vurdu

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçular kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili piyada, 76 yaşlı Müzəffər Salmanovu vuraraq öldürüb.

Hadisədən sonra M.Salmanovun oğlu "VAZ" markalı avtomobillə atasını vuran avtomobilin sürücüsünü və onun atası Əli Nağıyevi vurub.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.