PUBG qurbanı, yoxsa terrorist İTişnik?


Digərləri 18 May 2021 22:55:00 168 0

PUBG qurbanı, yoxsa terrorist İTişnik?

Rusiyanın terror əleyhinə komitəsinin məlumatına əsasən, Tatarstan Respublikasının Kazan məktəbində törədilmiş terror zamanı 7 məktəbli həlak olub. Terroru törətməkdə şübhəli bilinən 19 yaşlı İlnaz Qalyaviyev özünü Allah zənn edərək, 6 may tarixindən başlayaraq, Telegram kanalında belə paylaşımlar edib:

"Tanrı olaraq, istəyim budur ki, hər kəs özünü qulum kimi bilsin. İstədiyim hər şeyi etməlisiniz. Hər birinizin 10-dan çox adamı, daha sonra özünüzü də öldürməyinizi istəyirəm. Dünyada canlı varlıq olmamalıdır, bu,kainatın səhvidir. Hamınızdan qurtulmaq üçün insan şəklində dünyaya gəldim".

Son.az ted.az-a istinadən bildirir ki, nifrət dolu degenerat adamın, psixi xəstənin fikirləridir. "Adam" belə yazmağa əl gəlmir. Amma bu məsələdə daha çox diqqət çəkən məqam həmin adamın saatlar, hətta günlər öncə terroru törədəcəyinə dair mesaj verməsidir. Mesaj dərkən, hər şey açıq-aydın şəkildə onun Telegram kanalında əks olunmuşdu. "Adam" rəsmən geyinib-keçinərək özünü göstərirdi ki, "bax, öldürməyə gedirəm". Bəs hanı Telegramın tənzimləyici filterləri? Ekranın o üzündən "öldürmək", "terror" sözləri görünmürmü?

ABŞ-da seçkilər zamanı Trampa aid paylaşımlar avtomatik olaraq Feysbuk və Tvitterdə "yalan məlumat" kimi qeyd olunurdu, hətta silinirdi. Deməli, "ekranın o üzündən" baxan mexanızm var idi, hazırda olduğu kimi. Zatən bu, sadalanan sosial şəbəkələr üçün adi haldır.

Aydındır ki, Telegramın alqoritmi daha mürəkkəbdir və anonimlik prinsipinə əsaslanıb, buna görə də sözügedən sosial şəbəkə daha təhlükəsiz sayılır. Lakin bu gün baş verən hadisənin anonimliklə əlaqəsi yoxdur, onsuz da  oxuduğu universitetdə "seraya mış", yəni sakit, heç kəsə dəyib-dolaşmayan İT fakültəsinin tələbəsi kimi tanınan terroristin kanalı tamamən ictimaiyyət üçün açıq idi, adı da "Boq"(Tanrı).

Əslində, tətbiqin tənzimləyici filtri olsaydı, bu cür insanlar artıq ayrı fayla yığılaraq, cəmiyyətdən müəyyən dərəcədə uzaqlaşdırılmış olacaqdı.

Həmin fayl, yəni şübhəli insanların siyahısı müvafiq dövlət orqanlarına təhvil verilər bilər, beləliklə sosial şəbəkələrdən başlayan terror aktların qarşısı alınmış olacaq.

Lap filter olmasın, bu kimi hallar dövlətin özü tərəfindən nəzarət altına alınmalıdır. Elə Rusiyanı götürsək, 2018-ci ildə həmin ölkədə Futbol üzrə dünya çempionatı keçirilən zaman terror aktlarını hazırlayan 1500 nəfərə yaxın insan nəzarət altına alınmışdı və bu, məhz Telegram vasitəsilə baş vermişdi. Yəni, nəzarət etmək mümkündür, amma bunun üçün xüsusi səbəb axtarılır. Halbuki, terrorçu yalnız böyük tədbirlərdən öncə yetişmir.