Ukraynanın daha bir naziri istefaya göndərildi


Dünya 18 May 2021 20:49:00 132 0

Ukraynanın daha bir naziri istefaya göndərildi

Ukrayna Ali Radası səhiyyə naziri Maksim Stepanovu da vəzifədən kənarlaşdırıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qərar 291 deputatın səsverməsi nəticəsində qəbul edilib.

Qeyd edək ki, müxalifət Stepanovu koronavirus pandemiyası dövründə və COVİD-19-la bağlı vaksinasiya prosesi zamanı təsirli şəkildə fəaliyyət göstərə bilmədiyi üçün istefaya çağırırdı.