"Yoldaşım əsəbi adamdır, mənə sillə vurdu"


Şou-biznes 18 May 2021 18:12:00 133 0

"Yoldaşım əsəbi adamdır, mənə sillə vurdu"

Müğənni Zenfira İbrahimova şəxsi həyatından danışıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Heç vaxt heç yerdə" verilişində bildirib ki, həyat yoldaşının xəyanətini bağışlayar: 

"Həyat yoldaşım xəyanət etsə, ondan ayrılmaram. Əgər onun mənə sevgisi olmasa, gizlin gedib başqası ilə ailə qursa, o zaman boşanaram. Kişidi də...

Yeni ailə qurmuşduq, həmin ərəfədə saçımın rəngini dəyişmişdim. O da əsəbi adamdır, mənə sillə vurdu. Ondan sonra mənə əl qaldırmayıb. Xanıma əl qaldırmaq olmaz. Çünki xanım ilk öncə anadır. Ümumiyyətlə, xanım nəyə görə döyülməlidir ki? Olmaz". 

Qeyd edək ki, Z.İbrahimova idmaçı Anar Heydərovla evlidir, iki övladı var.