"İnanmıram ki, bu hadisə Azərbaycan Gürcüstan münasibətlərinə kölgə salsın"


Siyasət 18 May 2021 16:30:00 118 0

"İnanmıram ki, bu hadisə Azərbaycan Gürcüstan münasibətlərinə kölgə salsın"

"Gürcüstanın Dmanisi rayonunda baş vermiş hadisəyə çox təəssüfümü bildirirəm. Azərbaycan dövləti Gürcüstan dövləti ilə çox yaxın dostluq münasibətlərindədir. Və bu qonşuluq hər zaman qarşlıqlı hörmət və ikitərəfli əməkdaşlığa söykənir".

Bunu Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz:

"Gürcüstanın rəsmi şəxsləri çox yaxşı bilirlər ki, onların ən ağır günlərində belə Azərbaycan xalqı və rəhbəri Gürcüstana çox yaxından dəstək olub. Baş vermiş hadisəni məişət zəmində ortaya çıxmış hadisə kimi dəyərləndirirəm. Və inanırıq ki, Gürcüstanın rəsmi şəxsləri bu hadisəni çox yüksək səviyyədə nəzarət altına alıb və baş vermiş hadisədə günahı olan şəxsləri cəzalandıracaq. Cinayətkarın mənsubiyyəti olmur. Ona görə də bu cür vəhşilik törədən şəxslər cəzalarını almalıdırlar. Bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz. Ola bilər ki, hansısa qüvvələr bunun iki dövlət arasında münasibətlərin pozulmasına qədər inkişaf etsin. Ancaq inanmıram ki, bu cür hadisələr Azərbaycan Gürcüstan münasibətlərinə kölgə salsın. Rəsmilər bütün bunların baş verməməsi üçün qanuni addımlar atmalıdır".

Təhməz Əsədov Son.az