Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb Belarus müdafiə naziri


Siyasət 18 May 2021 15:56:00 140 0

Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb  Belarus müdafiə naziri

Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Belarus Respublikasının müdafiə naziri Viktor Xrenin mayın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir bildirib:

"Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir.

Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim".