Metro ilə bağlı ŞAD XƏBƏR


Digərləri 18 May 2021 14:40:00 137 0

Metro ilə bağlı ŞAD XƏBƏR

"Orqanizm individualdır. Bəzi insanlar var ki, COVİD-ə yoluxduğu halda 6-7 ay sonra hələ də anticismlər əmələ gəlmir, bəzilərində isə 3 həftə sonra anticismlər əmələ gəlir".

Bunu Son.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, ölkədə virusa yoluxanların sayı bu şəkildə azala-azala davam edərsə bu bəladan canımız qurtara bilər:

"Orqanizmin immunitet səviyyəsindən asılı olaraq anticismlərin qoruyuculuğu individuallıq daşıyır. COVİD-ə yoluxduqdan sonra əmələ gələn anticismlər bir müddət sonra qoruyuculuq qabiliyyətini itirir. COVİD təhlükəsinin qaşıdakı aylarda, illərdə qalıb qalmayacağını isə indidən demək çox çətindir. 

Ölkəmizdə hazırda virusa yoluxanların sayı xeyli düşüb. Əgər bu şəkildə davam edərsə, tez bir zamanda bu bəladan canımız qurtara bilər. Amma məncə karantin rejiminin ləğvi düzgün olmaz. Hələ ki, maskadan istifadə, sosial məsafə prinsiplərinə ciddi əməl edilməlidir. Çünkü hələ bu bəla başımızın üstündən tam çəkilməyib, ona görə, bu qaydaları birdən-birə ləğv etmək doğru deyil.