Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir VİDEO


Digərləri 18 May 2021 14:22:00 135 0

Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir  VİDEO

Bakıdan Qəbələyə dəmir yolunun çəkilişi rayonun turizm imkanlarının inkişafı baxımından vacib amildir.

Bunu Trend TV-yə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

E.Cavadovun sözlərinə görə, Qəbələ həm gəlmə, həm də daxili turizm baxımından Bakıdan sonra Azərbaycanın ikinci turizm destinasiyası hesab olunur:

"İlin bütün mövsümlərində Qəbələ turist cəlb edən destinasiyalardan biridir.

Burada həm qış turizm növləri, həm də yayda istirahət üçün yetərli imkanlar var. Qəbələ turizm infrastrukturu baxımından ən çox təmin olunmuş ərazidir. Bu baxımdan yeni dəmir yolu vacib amildir".

Qeyd edək ki, bu gün Bakıdan Qəbələyə ilk qatar yola düşüb. Bakı-Qəbələ qatarının sürəti saatda 135 kilometrdir. Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəq. təşkil edir. Dəmir yolu xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq.