Putin Çində nüvə obyektlərinin təməlqoyma mərasiminə qatılacaq


Dünya 18 May 2021 14:04:00 157 0

Putin Çində nüvə obyektlərinin təməlqoyma mərasiminə qatılacaq

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çində yeni nüvə obyektlərinin təməlqoyma mərasimində iştirak edəcəklər.

Son.az APA-ya istinadən bildirir ki, V. Putin və Si Cinpin mayın 19-da Çində "Tyanvan" Atom Elektrik Stansiyasının (AES) və "Syuydapu" AES-in Rusiya dizaynlı yeni enerji blokunun inşasına başlanması münasibəti ilə keçiriləcək təntənəli mərasimə qatılacaqlar.

Dövlət başçılarının mərasimə videokonfrans vasitəsi ilə qatılacağı bildirilib.