Qaragölün tarixi


Digərləri 18 May 2021 14:10:00 138 0

Qaragölün tarixi

Bu ərazinin Azərbaycana məxsus olması ilə bağlı faktlar var

Son.az Real TV-ə istinadən bildirir ki, son vaxtlar Ermənistanın mübahisə və gərginlik predmetinə çevirdiyi yüksək dağlıq ərazidə - İşıqlı dağında, dəniz səviyyəsindən 2 min 658 metr yüksəklikdə yerləşən Qaragöl gölü Laçın rayonunun ərazisinə aiddir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. 1964-cü illərdə gölün sahillərində heyvandarlıq fermaları tikildi, nasos stansiyaları vasitəsilə gölün suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edildi.

Politoloqun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra Ermənistan-Azərbayaycan Dağlıq Qarabağ münaqişəsi başladı. 28 ildən sonra Azərbaycan əks hücum əməliyyatı zamanı 44 günlük müharibədə öz torpaqlarına sahib çıxdı. Bu gün Azərbaycan müstəqil ölkəkimi sərhədlərini müəyyən edir.

Qaragöl gölü vaxtilə Azərbaycan SSRİ Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan eyniadlı dövlət qoruğunun ərazisində olmasına dair faktlar mövcuddur.

Qeyd edək ki, uzun illər ərzində gölün suyu həm çirklənib, həm də suyun səviyyəsi aşağı düşüb. Həmçinin ətrafı talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.