Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb


Digərləri 18 May 2021 13:12:00 133 0

Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb

Bolqarıstanın "DSK" bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli kredit təqdim edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ICGB layihə şirkətindən bildiriblər.

Qeyd olunub ki, kreditin ümumi məbləği 40 milyon avro təşkil edir:

"IGB layihəsinin tamamlanması üçün tələb olunan maliyyələşmə tam təmin olunub. Layihə şirkətinin 59,3 milyon avro məbləğində nizamnamə kapitalı səhmdarlar tərəfindən təqdim olunub və artıq tam şəkildə ödənilib".