"Telegram"ın işində qüsurlar yaranıb


Dünya 18 May 2021 13:13:00 133 0

"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram" messencerinin işində qüsurlar yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq şikayətlər əsasən Rusiya, Ukrayna və Belarusdan daxil olub.

Qeyd olunur ki, şikayətlərin 71 faizi messencerə qoşulmaqla, 28 faizi isə mesajların göndərilməsi ilə bağlı qeydə alınıb.

"Telegram" rəhbərliyi qüsurlar barədə hər hansı bir açıqlama verməyib.