Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı


Digərləri 18 May 2021 13:10:00 234 0

Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı

Bakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.

İntihardan saat 11:00 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.