Gürcüstanda daha 30 nəfər koronavirusdan ölüb


Dünya 18 May 2021 12:52:00 128 0

Gürcüstanda daha 30 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1562 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 332 441, xəstəlikdən ölənlərin sayı isə 4 499 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 312 349 nəfərin sağaldığı bildirilir.