TAPın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb


Digərləri 18 May 2021 11:34:00 121 0

TAPın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu bazar sınaqlarının icbari mərhələsinə başlayıb.

TREND bu barədə konsorsiuma istinadən məlumat verir.

Bu mərhələ TAP konsorsiumu, "Snam Rete Gas" (İtaliya), DESFA (Yunanıstan) və Albaniya, İtaliya, Yunanıstanın tənzimləyici orqanları tərəfindən irəli sürülən layihə təklifinin təsdiqlənməsindən sonra başlayıb

TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati bildirib ki, TAP vasitəsilə nəqlin başlamasından sonra dörd ay ərzində 2 milyard kubmetrdən çox qaz nəql olunub:

"Biz yükdaşıyıcılarına nəql üzrə təhlükəsiz və etibarlı xidmətlər təqdim etmişik: TAP-ın gücünün tələb və təklifə uyğun mərhələli şəkildə artırılması xüsusilə Cənub-Şərqi Avropa regionu ölkələri üçün vacib imkandır".