Bu gün “Avroviziya”nın yarımfinalıdır


Digərləri 18 May 2021 10:44:00 128 0

Bu gün “Avroviziya”nın yarımfinalıdır

Bu gün "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da keçiriləcək.

Müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

Azərbaycanı "Avroviziya"da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq "Mata Hari" adlı mahnısını ifa edəcək.

Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.

Müsabiqə zamanı jüri və SMS səsverməsi nəticəsində 10 nəfər seçilərək finala vəsiqə qazanacaq və mayın 22-də birincilik uğrunda mübarizə aparacaq.