Xırdalanda güclü yanğın başlayıb,


Digərləri 18 May 2021 10:50:00 189 0

Xırdalanda güclü yanğın başlayıb,

10:50

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

10:42

Xırdalanda partlayış səsləri eşidilib.

Son.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Son.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.