"Böyrəyimi satmaqdan başqa çarəm yoxdur" İranda


Dünya 18 May 2021 10:24:00 205 0

"Böyrəyimi satmaqdan başqa çarəm yoxdur"  İranda

İran şəhərlərinin küçələrində qapı və divarlara yapışdırılan elanlar arasında demək olar ki, davamlı görünən "gənclər"in bədən üzvlərinin satışı ilə bağlı elanlardır.

Son.az aznews.tv-yə istinadən bildirir ki, Tehrandakı Tejarat News saytında bədən üzvlərini və orqanlarını maddi problemlər üzündən satışa çıxaran gənclərin elanları ilə bağlı məlumatlar paylaşıb.

"Borcum var, gəlirim borclarımı ödəyə bilmək üçün yetərli deyil. Fərq etməz, böyrək və ya qaraciyər. Hər hansı üçün yaxşı müştəri tapılarsa, sataram".

"A+ qan qrupu olan 25 yaşlı qızam. Böyrəkləyimi satıram".

"10 yaşlı oğlumun əməliyyata ehtiyacı var, müalicə xərci yüksəkdir və böyrəyimi satmaqdan başqa çarəm yoxdur".

Böyrəyini satmaq istəyənlərdən biri də 32 yaşlı qadındır. Təcili olduğunu söyləyir. Çünki o pulla girov əmlak sənədi əldə edərək ərini həbsdən azad etmək istəyir. O deyir: "Azadlığa çıxsa yaxşıdır. Ailənin başına qayıdar və hamımız rahat olarıq".

Həmin elanları yerəşdirənlərin əksəriyyəti gənclərdir. Cavan olmaq bu alverin üstünlüklərindən biri sayılır. Onlar gənc olduqlarını, böyrəklərinin və qaraciyərinin sağlam olduqlarını vurğulayırlar.

Mill.Az