Neft yenidən bahalaşıb


Dünya 18 May 2021 10:39:00 144 0

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 69,66 dollar təşkil edib.

Son.az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,29% artaraq 66,49 dollar təşkil edib.