Bayden və Harrisin gəlirləri açıqlandı


Dünya 18 May 2021 08:33:00 106 0

Bayden və Harrisin gəlirləri açıqlandı

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill 2020-ci ildə 600 mindən çox dollar, vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Daq Emhoff isə bu məbləğdən təqribən 3 dəfə çox qazanıblar.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı vergi bəyannamələrində deyilir.

Bəyannamələrə əsasən, Prezident və həyat yoldaşı 607 336 dollar qazanıblar, 157 414 dollar federal gəlir vergisi ödəyiblər. Onlar, həmçinin xeyriyyə üçün 30 704 dollar xərcləyiblər, o cümlədən amerikalı liderin 2015-ci ildə vəfat edən oğlu Bo Baydenin adını daşıyan fonda 10 min dollar məbləğində çek yazıblar.

Federal vergidən başqa, Prezident və birinci xanım Delaver ştatına 29 min dollara yaxın və Virciniya ştatına 443 dollar vergi ödəyiblər.

Harris və onun həyat yoldaşı 1 695 225 dollar qazanıblar və 621 893 dollar federal gəlir vergisi ödəyiblər. Bundan əlavə, onlar Kaliforniyaya 125 min dollar, Kolumbiya dairəsinə 57 min dollar gəlir vergisi ödəyiblər, həmçinin xeyriyyə məqsədilə 27 min dollar ianə ediblər.