Bu vitamin haqqında az danışırlar Çatışmazlığı xərçəng yaradır ƏLAMƏTLƏR


Digərləri 17 May 2021 23:50:00 160 0

Bu vitamin haqqında az danışırlar  Çatışmazlığı xərçəng yaradır ƏLAMƏTLƏR

Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər:

-Qidada çatışmamazlıq -Bağırsaqda sovrulmasının pozulması -Qaracyər xəstəlikləri olanlar

Son.az həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:

Kimlər risk altındadır:

-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə

-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda

-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin

-Hepatit, sirroz

-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.

-Zərərli və zəif qidalanma

Vitamin K-nın orqanizmdə rolu:

-Qanın sovrulmasını təmin edir

-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması

-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır

-Sümük və daxili orqanların toxumasını təşkil edir

-Qan damarlarının funksiyası

-Mədə-bağırsağın peristaltikası

-Kalsiumun mənimsənilməsi

-Reproduktiv orqanlar üçün

-İnsanı onkoloji xəstəliklərdən qoruyur

-Orqanizmi qocalıqdan qoruyur

Əsas simptomlar:

-Hemorragik sindrom - burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur

- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur

-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər

Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.

Müalicəsi

-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir

-Dieta - K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır

K vitamini ilə zəngin qidalar:

Yaşıl çay içmək - hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için

Yaşıl çayda sutkalıq K vitamini var.

İspanaq - bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.

Baş soğan - təzəsini yeyin

Meyvələrdən - kivi, kök, armud, üzüm, almada var.

K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin. /medicina.az