Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri Fərqli müalicə metodu


Digərləri 17 May 2021 23:00:00 210 0

Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri  Fərqli müalicə metodu

Hipertoniya xəstəliyi arterial təzyiqin normadan yuxarı olmasıdır. Təzyiq hər kəsdə fərqli rəqəmlər göstərə bilər.Ancaq normada 140/90 mmHg aşağı olmalıdır.

Son.az bildirir ki, arterial təzyiq xəstəliyi 2 formada olur - birincili və ikincili.

- Birincili hipertoniyada adətən təzyiqin yüksəlməsinə səbəb olan konkret bir faktor aşkar olunmur. 90% hallarda 1-cili hipertoniya müşahidə olunur.Bu zaman təzyiq zaman keçdikcə artır. - İkincili hipertoniya zamanı adətən təzyiq qəflətən yüksəlir və çox yüksək rəqəmlər müşahidə olunur.

Səbəbləri

- Böyrək xəstəlikləri və böyrək üstü vəz xəstəlikləri, - Qan damarlarının anadan gəlmə qüsurları, - Qalxanabənzər vəz xəstəlikləri, - Müxtəlif dərmanların qəbulu (kontrseptiv dərmanlar,qeyri steroid iltihab əleyhinə dərmanlar və.s).

Əlamətləri

- Baş ağrı - xüsusən ənsə nahiyyəsində, - Baş gicəllənmə və ürək bulanma, - Qulaqlarda küy və.s kimi əlamətlər müşahidə oluna bilər.

Təzyiqin yüksəlməsinə şərait yaradan müxtəlif risk faktorları var:

- Şəkərli diabet, - Hərəkətsizlik və az çəki - Siqaret istifadəsi, - Düzgün olmayan qidalanma və duzlu qidaların çox istifadə olunması və s. /medicina.az