Dostlarıyla cakuzidə üzdü, ayaqsız qaldı Ürəyi zəif olanlar baxmasın FOTO


Dünya 17 May 2021 19:42:00 168 0

Dostlarıyla cakuzidə üzdü, ayaqsız qaldı  Ürəyi zəif olanlar baxmasın  FOTO

İngiltərənin Korringem şəhərinin 25 yaşlı sakini Loren Briqqs dostlarıyla getdiyi şənlikdə ölümcül infeksiyaya yoluxaraq ayaqlarını itirib.

Son.az big.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, yanvarda dostlarıyla yığışan Loren cakuzidə üzüb. Həmin gün yatmadan öncə ürəkbulanması hiss edib. Səhər isə onu yerdə boğulan görən dostu dərhal təcili tibbi yardım çağırıb.

Xəstəxanaya yerləşdirilən Briqqsda meninqokokk infeksiyası (meningit) aşkarlanıb.

İki gün aparata qoşulu qalan qızın sağ ayağı və sol ayağının barmaqları amputasiya olunub. Həkimlər onun cakuzidə çimərkən, ayağındakı kəsikdən yoluxmuş ola biləcəyini bildiriblər.

Dörd ay xəstəxanada keçirən Loren aprelin 30-da, müalicədən və bir neçə dəri transplantasiyasından sonra evə buraxılıb.