Bakıda 40 yaşlı kişi özünü turnikdən asıb öldürdü


Digərləri 17 May 2021 15:04:00 145 0

Bakıda 40 yaşlı kişi özünü turnikdən asıb öldürdü

Bakıda 40 yaşlı kişi özünü asıb.

Son.az bildirir ki, Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.