Şəbnəm Tovuzlu qolundakı döymənin mənasını açıqladı


Şou-biznes 17 May 2021 14:46:00 131 0

Şəbnəm Tovuzlu qolundakı döymənin mənasını açıqladı

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub. Son.az xəbər verir ki, müğənni qolundakı döymənin mənasını açıqladı: "Həyat yoldaşımın baş hərfidir, ürək döyüntümüz və oğlumun bürcüdür, balıq". Daha sonra ifaçı qızından söhbət açıb: "Qızım da mənim həyatımdır. 18 yaşı var. Günel axırıncı imtahanları verdi, memarlığa hazırlaşır. Şou-bizesi sevmir, heç mənə də qulaq asmır. Bu aləmə həvəsi olmamaqda düz edir. Əslində biz sənətimizi sevirik, demirəm pis sənətdir. Sadəcə kənardan iyrənc təqdim edənlər olmasa çox gözəldir. Qızımı da ona görə qoymaram ki, bu sənətin əziyyətini, yaxşısını, pisini görürəm. Bu gün bir ana kimi ona təhsil verməyə, gözəl ailə bəxş etməyə imkanım varsa niyə də oxusun..."

Son.az