Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb


Digərləri 17 May 2021 14:34:00 122 0

Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb

Xəzər dənizində BP şirkətinin layihəsi üçün nəzərdə tutulmuş "Satti" qazma qurğusunun modernləşdirilməsi başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Caspian Drilling Company" şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda buraxılışla bağlı işlər və müxtəlif sınaqlar keçirilir.

Xatırladaq ki, Azərbaycanın "Caspian Drilling Company" və Qazaxıstanın "KazMunayQaz" şirkətləri "Satti" qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.