Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160dan çox insan xəstəxanaya yerləşdirilib


Dünya 17 May 2021 07:11:00 125 0

Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160dan çox insan xəstəxanaya yerləşdirilib

Qüds yaxınlığında yerləşən Qivat-Zeev şəhərindəki sinaqoqda tribunanın çökməsi nəticəsində təxminən 167 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti yazıb.

Məlumata əsasən, yaralıların böyük əksəriyyəti (150-dən çox) yüngül xəsarətlər alıb, təxminən 10 nəfər orta dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə müraciət edib.

Daha beş nəfərin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.