Günün qoroskopu: Tələsik addımlar atmayın


Digərləri 17 May 2021 00:01:00 190 0

Günün qoroskopu: Tələsik addımlar atmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - situasiya bağlı mənşəyi və səbəbi sizə bəlli olmayan nüanslar üzə çıxacaq. Gecikməyə, səhvə, anlaşılmazlığa yol verməmək üçün düşünüb-daşınmadan qərar qəbul etməyin. Dövlət qurumlarına baş çəkmək, rəsmi müraciətlər üçün əlverişli zaman deyil. Yeni işə və ya layihəyə başlayanda ehtiyatlı olun.

Günün ikinci yarısında danışıqlar və müzakirələrdə informasiya sızıntısına imkan verməyin. Xərclərinizlə gəlirlərinizdən çox danışmayın. Müayinə zamanı bisavad həkimdən yanlış diaqnoz eşidə bilərsiniz.

Hüquqlarınızın tapdanmasına imkan verməyin.

Buğa - baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.

Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Əkizlər - mümkün qədər diqqətli olun. İstənilən kiçik səhv kritik ola bilər. İşdə vəzifənizin böyüməsini, karyera inkişafınızı istəyirsinizsə və ya daha çox gəlir əldə etmək istəyirsinizsə, bütün təfərrüatları diqqətdə saxlamaq məcburiyyətindəsiz.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla münasibətləri korlamayın. Daimi tərəfdaş və ya şəriklə əlaqələri inkişaf etdirin.

Kiçik gəlirlər uğursuzluğun acısını unutdura bilməz.

Axşam saatlarında gecikmələrin ola biləcəyini istisna etməyin.

Xərçəng - intuisiyanız pis deyil. Nabədəl olduğunuz insanla, yad situasiyalarla ehtiyatlı olun. Təcrübə qıtlığı duyulan məqamlarda yalnız hissiyata bel bağlamayın. Önəmli sənədləri və məlumatları, açarları və parolu yeni tanışa etibar etməyin.

Günün ikinci yarısında üzərinizdə nəzarətin gücləndiyini hiss edəcəksiniz. Yeni əlaqələr zamanıdır. Xidməti fəaliyyətinizdə inadkar və qətiyyətli olun. Əsla geri çəkilməyin. Axşam saatlarında səfərə, səyahətə yollanmaq məsləhət deyil.

Normal istirahət etməyə çalışın.

Şir - yaşamınızın mübhəm məqamlarını hamıya faş etməyin. Yarımçıq qalan işləri başa vurun. Can atdığınız məqsədi reallaşdırın. Ənənəvi situasiyalardan kənar durumun yaranması, müəyyən proseslərin başa çatması istisna deyil. Yaxın ətrafınızdakı insanlarla normal davranın.

Günün ikinci yarısında rəqiblərin zəifliyindən, səhvlərindən, diqqətsizliyindən istifadə edin. Bədxahların sevinməsinə imkan verməyin. Şəxsi münasibətlərdə kəskin mübahisələrə yol verməyin. Aqressiv və sərt olmayın. Şübhəli simptomları aşkarlayın və onlara dərhal reaksiya verin.

Yalançı, məsuliyyətsiz insanlardan uzaq durun.

Qız - təcrübəli və müdrik insanların məsləhətlərinə qulaq asın. Məişət qayğıları ilə işgüzar məsələləri qarışdırmayın. Sizə dəxli olmayan məsələlərə müdaxilə etməyin.

Problemləri həll etmək üçün yalan danışmayın. Belədə yalnız özünüzü cəzalandırmış olacaqsınız.

Günün ikinci yarısında ən yaxşı məziyyətlərinizdən yararlanın. Arzularınız, niyyətləriniz və planlarınızı bölüşməyə tələsməyin.

Axşam saatları müzakirələr, peşəkar fəaliyyətlə bağlı məsələlərin təhlili və yeni planlara yönəlmiş diskussiyalar üçün əlverişli zaman deyil.

Tərəzi - peşəkar öhdəliklərinizi yerinə yetirin. Məsuliyyətdən yayınmayın. Xidməti yazışmalarda detallara fikir verin. Təlimatlara riayət edin.

Gecikmə, yollarda tıxaclara düşmə, görüşün təxirə salınması, hesablarda səhvlər riski var. Ötənlərdə yaşanmış bir hadisə ilə bağlı xoşagəlməz təfərrüatlar gündəmə gələcək.