Qəzzadan İsrailə 2968 raket atılıb


Dünya 16 May 2021 23:00:00 151 0

Qəzzadan İsrailə 2968 raket atılıb

Mayın 10-dan etibarən fələstinli radikallar Qəzza zolağından İsrailin şəhərlərinə 2968 raket atıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, onlardan 439-u sərhəddən keçməyərək anklavın özündə düşüb. Bu da 20-yə yaxın fələstinlinin ölümünə səbəb olub:

"Həftənin əvvəlindən "Həmas" və "İslam Cihadi" qruplaşmaları İsrail istiqamətində 2968 raket atıb. Bu raketlərdən 439-u Qəzza zolağında partlamayıb, nəticədə təxminən 20 fələstinli öldü".