Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandaqərargah təlimi başlayır


Siyasət 16 May 2021 14:55:00 115 0

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandaqərargah təlimi başlayır

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.