Qoşunların yerdəyişməsi gizli və operativ şəkildə həyata keçirilir MN


Siyasət 16 May 2021 13:41:00 149 0

Qoşunların yerdəyişməsi gizli və operativ şəkildə həyata keçirilir  MN

Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.